2014-2015 ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək "Qəbələ" qonşu ölkədə ilk məşqinə çıxıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Roman Qriqorçukun başçılığı altında baş tutan məşqə yeni transferlər - Rəşad Sadiqov və Aleksey Qayla yanaşı, uzun zamandır zədə üzündən yaşıl meydanlardan uzaq düşən Ruslan Əmircanov və Viktor Mendi də qatılıb. Qapıçı Kamran Ağayev xəstəlik səbəbindən məşqdə iştirak etməyib.
Günü bir məşqlə qapayan komanda toplu və topsuz çalışmalar yerinə yetirib. Komanda hazırlıq prosesini gündəlik iki məşqlə davam etdirəcək.