“Qəbələ”nin məşqçilər korpusu yeni tərkibdə fəaliyyətə başlayıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki,“qırmızı-qaralar”ın baş məşqçisi ukraynalı Roman Qriqorçuka Antalya toplanışından etibarən 5 çalışdırıcı kömək edəcək.
Onlardan biri – Sənan Qurbanov bunadək çalışdığı vəzifədə işinə davam edəcəksə, digər 4 məşqçi komandada bu gündən işə başlayıb. 2012-ci ilin yayından əsas komandada çalışan Qurbanovla yanaşı, Mixaylo Savka və Stepan Matveyev də yardımçı məşqçi kimi fəaliyyət göstərəcək. Hər iki ukraynalı mütəxəssis Odessa “Çernomorets”ində də R.Qriqorçuka ilə birgə çalışıb.