İngiltərə klublarından "Arsenal" qapıçısı Voyçex Şensniyə 20000 funt sterlinq məbləğində cəza verib.
Səbəb isə qapıçının 1 yanvar tarixində keçirilən və "Arsenal"ın "Soutkempton"a 2-0 hesabı ilə məğlub olduğu matçdan sonra etdiyi hərəkətdir.
Sportarena.az xəbər verir ki, 24 yaşlı qapıçı matçdan sonra görüşün keçirildiyi "Sent Məri" stadionunun soyunub geyinmə otağında siqaret çəkib. Bundan xəbər tutan komandanın baş məşqçisi Arsen Venger qapıçını 20000 funt sterlinqlə cəzalandırıb.
Qeyd edək ki, Şensni yanvar ayının 4-də keçirilən "Xal siti" ilə oyunda da əsas heyətdə yer almayıb.