SON XƏBƏR-"Real Madrid"in gözləri növbəti ulduzda

15:46 6 Yanvar 2015

İspaniya klublarından "Real Madrid" "Borussia Dortmund"un ulduz futbolçusu Marko Roysu transfer etməyə çox yaxındır.

Sportarena.az  İngiltərə mətbuatına istinadən xəbər verir ki, "Real Madrid" uzun müddətdən bəri maraqlandığı alman futbolçu ilə razılığa gəlib. "Kral" klubu Marko Roys üçün "Borussia Dortmund"a 30 milyon avro ödəyəcək. 25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacağı gözlənilir.

 


Xəbər xətti