2014-cü il Azərbaycan millisinin voleybolçusu Polina Rəhimovanın həyatında əlamətdar hadisə ilə başa çatıb.
Sportarena.az xəbər verir ki,voleybolçunun sabiq nişanlısı bolqarıstanlı Peter Şopovdan ayrıldıqdan sonra bir müddət qəlbini “kilidləyən” ulduz oyunçumuz yeni eşq macərasına başlayıb. Cənubi Koreyanın “Hyundai” klubunda çıxış edən milliləşən ukraynalı bu dəfə sevgisini Afrikalıda tapıb. Ölkəmizin ən gözəl idmançılarından biri olan Rəhimovanın cazibədarlığı qarşısında Kamerun millisinin voleybolçusu Zonzon Olivye tab gətirməyib. Ürəyini Polinaya verən 200 sm boya malik “qara qitə” təmsilçisi yeni sevgilisinin oyunlarını izləmək üçün Koreyaya da gəlib.
Asiyanın digər istiqamətində yerləşən Bruneydən Uzaq Şərqə yollanan 28 yaşlı təcrübəli voleybolçu çıxış etdiyi “Əl-Şabab”ının oyunlarında göstərmədiyi canfəşanlığı Rəhimovanı izləyərkən nümayiş etdirib. Bu, koreyalı həmkarlarımızın diqqətindən də yayınmayıb. Sevgililərin romantik baxışlarını və bir-birini həyəcanla izləməsini lentə alan asiyalılar idmançıların münasibətlərinin uzunmüddətli olacağını ehtimal edir. Rəhimova mövsümün əvvəlindən “Hyundai”də oynayır.