"Xəzər Lənkəran"ın sabiq hücumçusu Allan Lalin karyerasını vətənində davam etdirəcək.
Sportarena.az xəbər verir ki, honduraslı forvard "Platense" ilə anlaşıb. 33 yaşlı futbolçu "akulalar"la 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Lalin karyerası ərzində Avropada Azərbaycanla yanaşı, Yunanıstan və Kiprdə də top qovub.