FİFA menecerindən Azərbaycanla bağlı - AÇIQLAMA

01:29 7 Yanvar 2015

“Hazırda bir çox futbolçular maliyyə durumu stabil olan Azərbaycan, Qazaxstan, Özbəkistan və Rusiya kimi ölkələrdə oynamağa üstünlük verirlər”. 
 

 

Bu sözləri yerli mətbuata açıqlamasında rumıniyalı FİFA meneceri Daniel Draqoş deyib. 

O, müştərisi olan və Ukraynanın “Volın” klubunda çıxış edən Erik Bikfalvinin gələcək karyerası haqqında danışıb. Draqoş bildirib ki, forvard Azərbaycanda da çıxış edə bilər. Lakin onun üçün hazırda ən idal variant Donetsk “Şaxtyor”udu: “Bikfalvi üçün hazırda ən idal variant “Şaxtyor”du. Hazırda onlarla danışıqlar gedir. Ola bilər ki, müştərim Mirça Luçeskunun komandasında oynasın. Amma dediyim kimi, Azərbaycan və digər ölkələrdə siyahıda var”.

Qeyd edək ki, Erik Bikfalvinin adı “Qəbələ” ilə hallanır.


Digər xəbərlər

Xəbər xətti