Birinci divizionda mübarizə aparan "Rəvan” Futbol Klubu ikinci dövrənin hazırlıqlarına başlayıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda yanvarın 5-dən paytaxtda bir araya gələn komanda tibbi baxışdan keçib. Dünən isə məşqlərə start verilib. Təlim-məşq toplanışının yanvarın 14-dək davam edəcək ilk mərhələsi seleksiya xarakterli olacaq. Sonra hazırlıq prosesinin əsas mərhələsinə başlanılacaq.
Qeyd edək ki, I divizionda II dövrəyə fevralın 20-də start veriləcək. XVI turun ilk oyunu "Rəvan” və "Şuşa” komandaları arasında keçiriləcək.