"Messi Türkiyədə oynasaydı, "cırtdan" deyib məzələnərdik" - AÇIQLAMA

19:42 7 Yanvar 2015

23-cü Beynəlxalq Məşqçi İnkişaf Seminarında çıxış edən Fatih Terim maraqlı fikirlər səsləndirib. 

Sportarena.az xəbər verir ki, milli komandanın çalışdırıcısı türk futbolunu tənqid edib:

"Biz hər bir yaş qrupunda istedadlı futbolçularımızın itib-batmasına səbəb oluruq. Messinin uşaqlığı ölkəmizdə keçsəydi, öncə ona "çəlimsiz" deyərdik. Hətta fiziki cəhətdən ondan güclü olan oyunçular tərəfindən əzişdirilərdi. Bəlkə də "cırtdan" deyib, məzələnərdik. Yox olmağına səbəb olardıq. Ya da media və ya ətrafı tərəfindən göylərə qaldırılardı. Beləcə, bu yükün altında qalıb, itib-batardı".


Digər xəbərlər

Xəbər xətti