"Azərbaycandan təklif aldım, ancaq diqqətimi çəkmədi" - AÇIQLAMA

20:17 7 Yanvar 2015

"Bosniya yığmasından ayrıldıqdan sonra Türkiyə və Azərbaycandan bəzi təkliflər aldım. Safet Suşiçlə birgə "Çaykur Rizəspor"u çalışdırmağımıza dair bir təklif vardı. Ancaq bu, gerçəkləşmədi".

Sportarena.az xəbər verir ki, bu sözləri Bosniya və Herseqovina yığmasının sabiq məşqçisi Elvir Baliç deyib. O, Türkiyə mətbuatına müsahibəsində Azərbaycandan təklif aldığını etiraf edib:

"Azərbaycandakı bəzi komandalardan da baş məşqçi təklifi aldım. Amma düzünü bilmək istəyirsinizsə, bunlar çox da diqqətimi çəkmədi. Türkiyədə və ya futbolu daha güclü olan ölkələrdə hədəfləri olan, ciddi bir klubda çalışmaq istəyirəm".


Digər xəbərlər

Xəbər xətti