"Barselona"da QALMAQALIN SƏBƏBLƏRİ ORTAYA ÇIXDI

20:45 7 Yanvar 2015

“Barselona”nın argentinalı ulduzu Lionel Messi və baş məşqçi Luis Enrike arasında qalmaqalın səbəbləri ortaya çıxıb. 
 

 

Sportarena.az xəbər verir ki, problem futbolçunun məşqçilər heyətini söyməsindən sonar başlayıb. 

Belə ki, “Real Sosyedad”la oyundan öncə keçirilən məşqlərin birində ikitərəfli oyun zamanı Messi yerdə qalıb. Hakimlik edən Enrike matçı davam etdirdikdə isə argentinalı ulduzun etirazı ilə üzləşib. Tərəflər arasında mübahisənin böyüməməsinə isə Neymar imkan verməyib. 

Amma Leo “Real Sosyedad”la oyunda ehtiyatda qaldığı üçün oyundan sonra da soyunub-geyinmə otağında gərginlik yaradıb. O, matç başa çatdıqdan sonra həm Luis Enrike, həm də baş məşqçinin köməkçisi Joaquin Valdeslə mübahisə edib. Messini hətta baş məşqçini söydüyü də bildirilir. 

Bütün bu hadisələrdən sonra klub rəhbərliyi ilə görüşən Lionel Messi “ya bu komandada Enrike qalmalıdı, ya da mən” deyərək şərt qoyub. İspaniya mətbuatının yazdığına görə rəhbərlik ona Enrikenin komandadan qovulacağına dair söz verib.


Digər xəbərlər

Xəbər xətti