Millimizin baş məşqçisi məğlubiyyətdən danışdı: "Əvvəlki oyunlardan fərqli olaraq bu dəfə öz oyunumuzu göstərə bilmədik"

00:44 8 Yanvar 2015

Valentin Qranatkinin xatirə turnirində Sankt-Peterburq komandası ilə qarşılaşan millimiz 2:4 hesabı ilə uduzub.

 

baş məşqçilərin oyunla bağlı fikirlərini bildirib:

 

Nikolay Adam (Azərbaycan yığmasının baş məşqçisi): “Əvvəlki oyunlardan fərqli olaraq bu dəfə öz oyunumuzu göstərə bilmədik. Xüsusilə hücumdan müdafiəyə, həmçinin əksinə, arxa xəttdən rəqib qapısına doğru keçidlərdə çətinlik yaşadıq. Qarşıda Cənubi Koreya ilə oyunumuz var. İndi həmin qarşılaşmanı düşünməliyik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Sankt-Peterburq komandası çox gözəl təsir bağışladı”.

 

Vladimir Kazaçonok (Sankt-Peterburq komandasının baş məşqçisi): “Məzmun etibarilə turnirin indiyəqədərki ən maraqlı oyununu izlədik. Hər iki komanda, belə demək mümkünsə, xoşbəxtliyini rəqib qapısında axtarırdı və bizim də, rəqibin oyunu təhlükəli əks-hücumlar üzərində qurulmuşdu. Məhz belə oyunlar azarkeşlərin zövqünü oxşayır və hər dəfə sübuta yetirir ki, oyunun şən alınmasının mahiyyəti hücum futbolundadır”.


Digər xəbərlər

Xəbər xətti