“Xəzər Lənkəran” qapıçı Orxan Sadıqlını itirdi

01:39 8 Yanvar 2015

Təlim-məşq toplanışı keçmək üçün dünən Antalyaya yola düşən “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir. Cənub təmsilçisi qonşu ölkədəki ikinci məşqini keçib.

 

Baş məşqçi Elbrus Məmmədov isinmə hərəkətlərindən sonra futbolçularını ikitərəfli oyunda sınayıb. Hazırda məşqçilər korpusunun ixtiyarında 21 futbolçu var. Komandada saxlanılan əcnəbilər Sadio Tounkara, Alfred Sanko və Vyekoslav Tomiç də düşərgədədi. Onlardan sonuncusu dünən gecə Antalyaya gəldiyi üçün bugünkü məşqdə iştirak etməyib.

 

Elnur Cəfərov “Valentin Qranatkin” turnirində iştirak etdiyindən, Türkiyəyə yanvarın 13-də gələcək. Qapıçı Orxan Sadıqlı isə zədə səbəbindən məşqlərdə iştirak etmir. Gənc qolkiper yanvarın 9-da sağ ayağından menisk əməliyyatı keçirəcək. 21 yaşlı qapıçı ən azı bir ay yaşıl meydanlardan kənarda qalacaq. (apasport)


Digər xəbərlər

Xəbər xətti