İspaniyanın “Qranada” klubunun futbolçusu Eddi İsrafilovun Azərbaycan yığmasında oynamaq variantı reallaşmaq üzrədi.
Sportarena.az xəbər verir ki, futbolçunun anası, ögey atası və meneceri artıq Bakıdadı.
Gecə saatlarında Azərbaycana gələn qonaqlar otellərin birində yerləşdiriliblər. Uçuş yubandığından, İsrafilovun valideynləri və meneceri Bakıya gözlənilən vaxtdan gec çatası olublar. Hazırda istirahət edən qonaqlar bu gün AFFA-nın baş katibi Elxan Məmmədovla görüşəcəklər. Görüşdə İsrafilovun Azərbaycan millisində oynamaq məsələsi müzakirə ediləcək.
Qeyd edək ki, anası azərbaycanlı, atası anqolalı olan Eddi İsrafilovun millimizdə oynamaq variantı bir dəfə də gündəmə gəlsə də, danışıqlar baş tutmamışdı. Apasport.az