Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə ikinci mərhələnin oyunları davam edir.
Sportarena.az xəbər verir ki, 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi bu gün H qrupunda ikinci matçına çıxacaq.
Nikolay Adamın komandası Cənubi Koreya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.
Qeyd edək ki, komandamız dünən qrupun ilk matçında Sankt-Peterburq klubuna 2:4 hesabı ilə uduzub.
8 yanvar
H qrupu
17:30 Azərbaycan - Cənubi Koreya 0-3