"Neftçi" klubu daha bir futbolçuyla yollarını ayırır.
Sportarena.az xəbər verir ki, Sesilio da Silva Kauenin çıxışından razı qalmayan klub rəhbərliyi onu göndərmək barədə düşünür. Rəhbərlik yanvarın 11-nə kimi Kaueylə bu barədə söhbət edəcək. Əgər tərəflər razılıq əldə etsə müqavilə qarşılıqlı şəkildə ləğv ediləcək.
Aldığımız məlumata görə, hətta klub rəhbərliyi az miqdarda konpensasiya ödəyərək braziliyalı futbolçunun getməsinə də razıdır.
Elnur Allahverdiyevi heyətdən uzaqlaşdıran "Neftçi”, gənc futbolçu Nicat Qurbano da AZAL-a icarəyə verilib. (Goal.az)