“Xəzər Lənkəran”ın iddiasını azaltması mənə pis təsir etdi. Bu klub 2004-cü ildə yarananda mən də orda olmuşam. Uzun illər “Xəzər Lənkəran”ın formasını geyinmişəm. Azərbaycan futboluna pulu məhz “Xəzər Lənkəran” gətirib. Digərləri də onlara baxıb həvəsləniblər”.
Bu sözləri AZAL-ın təcrübəli futbolçusu Rəşad Abdullayev deyib.
Keçmiş komandasının hazırkı durumunu dəyərləndirən 33 yaşlı yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib. O, “Xəzər Lənkəran”da mövcud halın çox davam etməyəcəyini düşünür: “Gəncləşdirmə siyasəti birdən olmamalıdı. Bu zaman nəticə olmur. “Xəzər Lənkəran” üçün bu heyətlə iddianı saxlamaq çətin olacaq. İddialı olmaq üçün təcrübəli futbolçulara və legionerlərə sahib olmalısan. Yəqin nəsə güclü səbəb olub ki, klub rəhbərliyi belə qərar qəbul edib. Amma mənim fikrimcə, bu, müvəqqəti haldı. “Xəzər Lənkəran” növbəti mövsümdən yenidən iddiasını ortaya qoyacaq”.
Abdullayev söhbət əsnasında AZAL haqda da fikirlərini bölüşüb: “Rəhbərliyin qərarı ilə bir neçə futbolçu komandadan göndərildi. Bu hal hər klubda olur. Yəqin ki, onların yerinə yenilər gələcək. Məncə, ilk 2 dövrədə oyun mənasında, pis təsir bağışlamadıq. Komanda bir qədər güclənsə, daha yaxşı çıxış edə bilərik”. (apasport)