Elxan Məmmədov : "Heç bir məbləğ ödənmədən Eddi millidə oynamağa razılıq verdi” - AÇIQLAMA

18:07 8 Yanvar 2015

"İlk növbədə qeyd etmək lazımdır ki, uzun müddətdir Eddi ilə danışıqlarımız davam edirdi".

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri qurumun baş katibi Elxan Məmmədov deyib.

AFFA-nın inzibati binasında Eddinin anası İradə İsrafilova ilə görüşən baş katib futbolçunun görüşdə iştirak edə bilməməsinə də toxunub: "Onları Bakıya dəvət etdik. Təəssüflər olsun ki, Eddi özü klubunun məşqi olduğu üçün gələ bilmədi. Lakin onun anası dəvətimizi qəbul edib 17 illik fasilədən sonra vətəninə qayıtdı. İradə xanım Bakıya xoş xəbərlə gəldi və dedi ki, Eddi Prosineçkinin dəvətini gözləyir. 2012-ci ildən onunla əlaqə saxlayırdıq. Onun valideynləri, meneceri ilə söhbətlərimiz olmuşdu. O zaman Eddinin 22 yaşı var idi və La Liqada oynamırdı.

Onun potensialı tam görünmürdü. Həm bizim, həm onun tərəfindən şübhələr var idi. Həmçinin o, İspaniya yığmasından da dəvət gözləyirdi. Əvvəllər onun agenti ilə danışırdıq. O bizdən müəyyən məbləğ istəmişdi. Biz bununla razılaşmadıq. Millidə oynamaq üçün heç bir futbolçuya pul ödəmirik. Yığma klub deyil ki, burada çıxışına görə futbolçuya pul ödənilsin. Son vaxtlar onun anası ilə danışırdıq. Sonda bizim siyasətimizə uyğun olaraq, heç bir məbləğ ödənmədən Eddi millidə oynamağa razılıq verdi”.


Digər xəbərlər

Xəbər xətti