“Gəlişimizdən razıyıq. Danışıqlarımız müsbət yekunlaşdı”.
Sportarena.az xəbər verir ki, bu sözləri Eddi İsrafilovun anası İradə İsrafilova deyib. Oğlunun Azərbaycan yığmasında oynaması məsələsini müzakirə etmək üçün ölkəmizə gələn İsrafilova AFFA-nın rəsmi saytına açıqlamasında qurumun baş katibi Elxan Məmmədovla keçirdikləri görüş barədə danışıb.
O, Eddinin Azərbaycan yığmasının formasını geyinmək üçün səbirsizləndiyini vurğulayıb: “Bu məsələ uzanmışdı. Artıq onu həll etməyin vaxtı idi. Mən azərbaycanlıyam. Uzun müddətdi xaricdə yaşasam da, vətən məni çəkir. Millidə oynamaq həm mənim, həm də Eddi üçün şərəfdi. Növbəti toplanış zamanı onu gözləyin”.