Prosineçki: "Yəqin ki, aramızda problem olmayacaq"

19:03 8 Yanvar 2015

"Bu gün bəlkə də ən çox sevinənlərdən biri mənəm. Çünki güclü bir  futbolçu Azərbaycan millisində çıxış edəcək. Ümid edirəm ki, onun yığmaya çox köməyi dəyəcək". 

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib. Eddi İsrafilovun Azərbaycan yığmasında oynamağa razılıq verməsindən məmnun qalan xorvatiyalı mütəxəssis futbolçu ilə yaxşı anlaşacaqlarına ümid etdiyini bildirib:

"İspaniya Primerosunda oynayan futbolçu millimizdə çıxış edəcək. Onun həm indiki, həm də əvvəlki klubundakı oyunlarını izləmişəm. Eddi ilə də, ailəsi ilə də şəxsən söhbətim olub. Onun bizim millimizdə oynaması və ispan dilində danışmağım işimizi asanlaşdıracaq. Yəqin ki, aramızda problem olmayacaq və bir-birimizi yaxşı başa düşəcəyik”.


Digər xəbərlər

Xəbər xətti