Baş məşqçimiz meydandan qovuldu

00:12 9 Yanvar 2015

Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirin son oyunu millimizin baş məşqçisi Nikalay Adam üçün uğursuz olub.

 

Sportarena.az xəbər verir ki, 1997-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında keçirilən turnirin Azərbaycan - Cənubi Koreya oyununda millimizin baş məşqçisi texniki zonadan kənarlaşdırılıb. O, matçın 85-ci dəqiqəsində baş hakimin qərarına etiraz edərək topu təpiklə göyə vurub. Nəticədə o, meydandan kənarlaşdırılıb. Bundan sonra tribunadakı azsaylı azərbaycanlı azarkeşlər hakimin ünvanına nalayiq ifadələr işlədiblər.


Digər xəbərlər

Xəbər xətti