Hakimlərdən Xəlil Hüseynlinin ailəsinə BÖYÜK JEST

00:35 9 Yanvar 2015

AFFA Hakimlər Komitəsi tərəfindən bu yaxınlarda avtomobil qəzasında faciəli şəkildə dünyasını dəyişən futzal üzrə FİFA referisi Xəlil Hüseynlinin ailəsinə qarşı insanlıq jesti edilib.

 

Sportarena.az xəbər verir ki, başda komitə sədri olmaqla AFFA bayrağı altında hakimlik edən 380 ədalət təmsilçisi aylıq qazanclarının 0,05 faizini məhz Xəlilin ailəsi üçün ayrılmış fonda keçirəcək.

 

Həmin vəsait mərhum referinin ailəsinə veriləcək. Bu jest Xəlilin uşaqları 18 yaşına çatana qədər davam edəcək.


Digər xəbərlər

Xəbər xətti