"Barselona"da mühüm toplantının vaxtçı açıqlandı

00:49 9 Yanvar 2015

"Barselona"nın prezidenti Xosep Maria Bartomeu klub rəhbərliyinin müəyyənləşəcəyi seçkilərin vaxtını elan edib.

Sportarena.az xəbər verir ki, ötən gün keçirilən mətbuat konfransında Bartomeu seçkilərin mövsümün sonunda baş tutacağını bildirib. 

Normal halda hazırki rəhbərliyin səlahiyyət müddəti 2015/16 mövsümünün sonunda yekunlaşmalıdır. Bir neçə gün əvvəl Andoni Subisarettanın idman direktoru vəzifəsindən istefa verməsindən sonra yaranan klubdaxili böhran kənara da sızmağa başlayıb. Məhz buna görə klubda vaxtından əvvəl prezident seçkiləri keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti