Azərbaycan millisində oynamağa razılıq verən Eddi İsrafilovun komandası "Qranada" İspaniya Kubokunda növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, Eddinin komandası doğma meydanda "Seviliya"nı qəbul edib və 1:2 hesabıyla məğlub olub. İsrafilov meydana start heyətində çıxıb və qarşılaşmanı əvəzolunmadan keçirib.