"Mançester Yunayted"in hücumçusu Ueyn Runi 2014-cü ildə İngiltərə millisinin ən yaxşı oyunçusu seçilib.
Sportarena.az xəbər verir ki, İngiltərə Futbol Assosiasiyasının rəsmi saytında 29 yaşlı futbolçu səslərin 27 %-ini qazanıb.
"Liverpul"un yarımmüdafiəçisi Rahim Sterlinq ikinci, "Arsenal"ın forvard Deniel Uelbek isə üçüncü olub.