AZAL daha 2 futbolçu ilə yollarını ayırıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Adil Nağıyev mövsümün sonuna qədər “Zirə”yə icarəyə verilib. Tomi Kostadinovla isə yollar qarşılıqlı razılaşma əsasında ayrılıb.
Əvəzində komandaya yeni futbolçu qoşulub. Bu, yayda da klubun düşərgəsində olmuş Valeri Kutsenkodur. Ukraynalı yarımmüdafiəçi ötən gün düşərgəyə qoşulub.
Qeyd edək ki, 28 yaşlı legioner ölkəsinin U-17 və U-19 millilərində çıxış edib və üst-üstə 6 oyun keçirib. Peşəkar karyerasına “Dnepr”də başlayan Kutsenko vətənində “Obolon”, “Krivbass” və “Vorskla”nın da şərəfini qoruyub. Xavbek 2 dəfə Belarasda legioner həyatı da yaşayıb: əvvəlcə “Brest”, sonar isə “Minsk”in şərəfini qoruyub. Onun son klubu isə Latviya “Dauqava”sı olub.