Prosineçkinin səhhətində problem - ANTALYA SƏFƏRİ TƏXİRƏ DÜŞDÜ

12:39 9 Yanvar 2015

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin səhhətində problem yaranıb. 

Sportarena.az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib. 

M.Nərimanoğlu bildirib ki, xorvatiyalı mütəxəssisin soyuqdəymə üzündən bədən hərarəti 40 dərəcəyə yüksəlib. Ona görə də R.Prosineçkinin Türkiyənin Antalya bölgəsinə bu günə nəzərdə tutulan səfəri təxirə salınıb. AFFA rəsmisi baş məşqçinin Türkiyəyə yanvarın 11-də yollanacağını açıqlayıb.

Qeyd edək ki, Robert Prosineçki Antalyaya Azərbaycan klublarının hazırlıq prosesini izləməyə getməli idi.


Digər xəbərlər

Xəbər xətti