Azərbaycanın “Bakı” klubunun prezidenti Hafiz Məmmədov İspaniyanın Madrid şəhərinə səfəri zamanı bir sıra görüşlər keçirib.
Sportarena.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, H.Məmmədov ilk öncə “Atletiko Madrid”in prezidenti Enriko Serezo ilə görüşüb.
Görüş zamanı Enriko Serezo futboldakı işbirliyinə toxunaraq deyib. "Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. “Land of Fire Azerbaijan” ideyası əməkdaşlığımızın gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq”, - o bildirib
Həmçinin azərbaycanlı iş adamı komandasının sabiq baş məşqçisi Milinko Pantiçlə də görüşüb.
Qeyd edək ki, Hafiz Məmmədov Madrid səfəri zamanı Atletiko Madrid" - "Real Madrid" (2:0) oyununu izləyib.