"Bakı"da işləmək mənim üçün böyük şərəf idi" - AÇIQLAMA

14:45 9 Yanvar 2015

"Bakı"nın prezidenti Hafiz Məmmədovun Azərbaycanın dünyada tanıdılması işinə verdiyi töfhə tədricən öz bəhrəsini verməkdədi.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırda İspaniyada olan "Bakı" klubunun prezidenti bir sıra görüşlər keçirib.

Hafiz Məmmədov ilk öncə "Atletiko"nun prezidenti Enriko Serezo ilə görüşüb. Görüş zamanı Enriko Serezo futboldakı işbirliyinə toxunaraq deyib: "Bu işi dünyada sülhün təbliğatçısı saymaq olar. "Land of Fire Azerbaijan" ideyası əməkdaşlığımızın gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtdırmağa çalışmışıq".

Həmçinin "Bakı"nın prezidenti Hafiz Məmmədov komandasının sabiq baş məşqçisi Milinko Pantiçlə də görüşüb. Görüş zamanı Pantiç bildirb ki, "Bakı"da işləmək onun üçün böyük şərəf idi və hər zaman kluba öz köməyini göstərməyə hazırdı.


Digər xəbərlər

Xəbər xətti