Qış hazırlığına start verən I Divizion təmsilçisi "Rəvan" hazırda məşqlərini "Bayıl Arena" davam etdirir.
Sportarena.az xəbər verir ki, "sarı-qırmızılar" ölkə xaricinə yollanmasa da hazırlığın ikinci mərhələsini Bakıdan kənarda keçəcək.
Belə ki, "Rəvan" yanvarın 14-də Salyana yollanacaq. Ramil Əliyevin rəhbərlik etdiyi komanda əna zından ayın sonuna kimi sözügedən rayonda məskunlaşacaq, Salyan Olimpiya Kompleksinin stadionunda məşq edəcək. Toplanış çərçivəsində 3 yoxlama görüşünün keçirilməsi də planlaşdırılır.