Bolqarıstan mətbuatı "Xəzər Lənkəran"la bağlı maraqlı iddia ortaya atıb.
Sportarena.az xəbər verir ki, "struma.com" saytı XL-nın ÇSKA klubunun yarımmüdafiəçisi Boris Qalçevi transfer edə biləcəyini yazıb. Hətta cənubluların 31 yaşlı xavbek üçün 100 000 dollar ödəməyə hazır olduqlarını bildiriblər.
Tərəflərin bu həftə danışıqları yekunlaşdırması və Qalçevin bazarertəsi "ağ-yaşıllar"ın düşərgəsinə qoşulması gözlənilir.