Xəbər verdiyimiz kimi, güləş üzrə yığma komandalarımız ilin ilk təlim-məşq toplanışına başlayıb. 
 
Yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Akif Əliyev və Eyyub Azmudənin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışındadır. Yanvarın 5-dən başlayan təlim-məşq toplanışı 3 həftə davam edəcək. Təlim-məşq toplanışına böyüklərdən ibarət yığmadan 16, gənclərdən ibarət yığmadan isə 7 güləşçi cəlb edilib.  
                       
                                                
                        
 
                
                              
Qonşu Gürcüstan Respublikasının yunan-Roma güləşi yığmasından 5 aparıcı güləşçinin də qatıldığı təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz Parisdə keçiriləcək Qran Pri turnirində ilin ilk sınağına çıxacaq.
 
