“Yeni mövsümdən legioner limiti qaldırılacaq” açıqlamasından sonra "Fənərbaxça" transfer siyahısını hazırlamağa başlayıb. “Sarı-lacivərdlilər” ilk olaraq, hücum mövqeyini gücləndirməyi planlaşdırsa da, İspaniya mətbuatı başqa iddia ortaya ataraq, "Fənərbağça"nın "Qranada"da forma geyinən Allan Nyoma maraq göstərdiyini yazıb.
26 yaşlı kamerunlu oyunçunun Gökhan Gönülün əvəzinə transfer oluna biləcəyi deyilir. “Bülbüllər”in təklifinin xeyli diqqətçəkici olduğu da bildirilir.
İddialara görə, bugünlərdə Azərbaycan millisində oynamağa razılıq verən Eddi İsrafilovun komanda yoldaşına “Beşiktaş” da “elçi düşüb”. Ancaq futbolçu “Fənərbaxça”nın təklifini üstün tutub.
Qeyd edək ki, "Qranada"da cari mövsümdə 15 matçda ümumilikdə 1280 dəqiqə forma geyinən təcrübəli müdafiəçi 1 qol da vurub. (publika)