“Vilyarreal”ın yarımmüdafiəçi Ruben Kani rəsmən “Atletiko”nun futbolçusu olub.
Sportarena.az apasport.az-a istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi Madrid klubunun şərəfini qoruyacaq.
Bu gün Kaninin təqdimetmə mərasimi baş tutub və o, yeni komandasında 22 nömrəli “Land of fire Azerbaijan”lı forması geyinəcək.
Qeyd edək ki, Ruben Kani 2006-cı ildən “Vilyarreal”da top qovurdu.