"Xəzər Lənkəran"ın prezidenti Antalyada futbolçularla görüşdü

00:47 10 Yanvar 2015

“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov Türkiyədə təlim-məşq toplanışını davam etdirən komandanın düşərgəsinə baş çəkib.

 

Sportarena.az xəbər verir ki, klub prezidenti ilə vitse-prezident Tuyqun Nadirov Antalyaya yollanıb.

 

Onlar “ağ-yaşıllar”ın bu günkü yoxlama görüşünü də izləyəcəklər.


 
Qeyd edək ki, “Xəzər Lənkəran” Antalya toplanışı çərçivəsində ilk yoxlama görüşünü məhz sabah keçirəcək. Rəqib isə Türkiyə komandası “Tekirdağspor” olacaq.

 

mənbə: apasport.az

 


Digər xəbərlər

Xəbər xətti