ANS telekanalının idman verilişləri proqramlarının aparıcısı Xəyal Azəroğlu işdən çıxıb.
Sportarena.az xəbər verir ki, bu barədə Lent.az-a X.Azəroğlu özü məlumat verib. Aparıcı telekanaldan ayrılmasına səbəb kimi rəhbərliklə yaranmış fikir ayrılığını göstərib.
Qeyd edək ki, X.Azəroğlu 4 ildən artıq idi ki, ANS-də çalışırdı.