SON XƏBƏR - Türkiyə klubu azərbaycanlı futbolçu transfer edir

13:23 10 Yanvar 2015

Türkiyənin "Orduspor" klubu azərbaycanlı futbolçu transfer etmək istəyir. 

Sportarena.az хəbər verir ki, bu barədə klubun prezidenti Nedim Türkmen məlumat verib. Lakin hələlik "Orduspor"un futbolçu transfer etməsi mümkün deyil. Belə ki, kluba bəzi futbolçulara borcu olduğu üçün transfer qadağası qoyulub. Türkmen bildirib ki, hazırda həmin futbolçularla danışıqlar gedir:

"Hər şeyə rəğmən, baş məşqçimizə transfer çalışmalarını sürdürməyi tapşırdım, o da "tamam" dedi. Transfer etməyimizi istərdim, amma olmur. Hətta transfer siyahımızda 6 oyunçu var ki, onlarla oyun başına razılıq da əldə etmişik. Bunların içində iki əcnəbi, bir də Azərbaycan əsilli futbolçu var. Amma təəssüf ki, gözləməkdən başqa çarəmiz yoxdur".

Qeyd edək ki, millimizin sabiq üzvü Branimir Subaşiç də "Orduspor"un şərəfini qoruyub.


Digər xəbərlər

Xəbər xətti