"Qəbələ"nin daha iki rəqibi müəyyənləşib.
Sportarena.az хəbər verir ki, təmsilçimiz Macarıstan və Türkmənistan klubları ilə qarşılaşacaq.
Baş məşqçi Roman Qriqorçuk komandasını yanvarın 25-də Macarıstanın "Haladaş" klubu ilə oyunda sınayacaq. Ayın 29-da isə rəqib Türkmənistanın "Altınəsr" klubu olacaq.
Qeyd edək ki, "Qəbələ" bu gün PSV II (Hollandiya), ayın 14-də "Eskişəhərspor" (Türkiyə), 17-də "Vorskla" (Ukrayna) və "Tobol"la qarşılaşacaq. Yanvarın 22-dəki rəqib isə hələ bəlli deyil.