Azərbaycanlı futbolçu Rusiya klubunu tərk etdi

16:15 10 Yanvar 2015

Ukraynada yaşayan və əslən azərbaycanlı olan yarımmüdafiəçi Aleksandr Əliyev bundan sonra "Anji"də oynamayacaq.

 

Sportarena.az xəbər verir ki, buna səbəb klubla futbolçu arasındakı müqavilənin pozulmasıdı.

 

Məlumata görə, Aleksandr Əliyevlə baş məşqçi Sergey Taşuyev qarşılıqlı razılığa gələ bilməyiblər və müqavilənin vaxtından əvvəl pozulması haqqında qərar qəbul ediblər.

 

Qeyd edəki ki, Aleksandr Əliyev "Anji"yə 2014-cü ildə transfer olunub. O, bu müddətdə 15 oyunda yaşıl meydana çıxıb və 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti