"Feyenord"un yarımmüdafiəçisi "İnter"in düşərgəsində - FOTOFAKT

16:50 10 Yanvar 2015

Holland futbolçu Ruben Şaken Bakı "İnter"nin düşərgəsinə gəlib.

 

Sportarena.az xəbər verir ki, Hollandiya yığmasının sabiq üzvü bu gün Antalyada komandaya qoşulub.

 

Klubun rəsmi saytının məlumatına görə, onunla yarımmüdafiəçi həkim müayinəsindən sonra müqavilə imzalanacaq. 

 

Qeyd edək ki, Şaken 5 ilə yaхın formasını geyindiyi "Feyenoord"la yollarını bu günlərdə ayırıb. O, əvvəllər "Kambuur", "Veendam" və "Venlo" klublarında oynayıb. 2012-2013-cü illərdə Hollandiya millisinə çağırılan futbolçu 7 oyunda 2 qola imza atıb. 


Digər xəbərlər

Xəbər xətti