"Barselona"nın prezidenti Messiyə nə söz verdi ?

18:29 10 Yanvar 2015

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya kubokunun 1/8 final matçı çərçivəsində “Elçe" üzərində qazanılan qələbədən (5:0) sonra klub prezidenti Xosep Mariya Bartomeu ilə görüşüb. 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi ilə söhbətin gedişatında argentinalı futbolçu təsdiq edib ki, komandanın baş məşqçisi Luis Enrike ilə onun arasında problemin yaşanması doğrudu.

Prezident Messiyə problemin tezliklə yoluna qoyulacağını söz verib.


Digər xəbərlər

Xəbər xətti