“Qəbələ”nin düşərgəsinə yeni futbolçu qoşulub.
Sportarena.az xəbər verir ki, bu, malili Ulissa Diallodur.22 yaşlı hücumçu daha öncə vətənində “Əl-Sahel”, Macarıstanda “Ferentsvaroş” və Portuqaliyada “Aruoka” klublarının şərəfini qoruyub.
Futbolçu Roman Qriqorçukun etimadını qazanacağı təqdirdə komandada qalacaq.