Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Xəzər Lənkəran" bu gün ilk yoxlama görüşünü keçirib və həvəskarlardan təşkil olunmuş yerli "Tekirdağspor"la 2:2 oynayıb.
Sportarena.az xəbər verir ki, qarşılaşmanı izləyənlər arasında "Simurq"un baş məşqçisi Georgi Çixradze də olub.
O, fasilədən sonra 19-cu tur çərçivəsində üz-üzə gələcəkləri Lənkəran klubunun gənc futbolçularını izləyərək lazımı qeydlərini götürüb.