Qvardiola “Real”ın müdafiəçisini istəyir

01:33 11 Yanvar 2015

“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola heyəti gücləndirmək niyyətindədi.

 

Pep mərkəz müdafiəçisi axtarışına çıxıb. İspaniya mətbuatının iddiasına görə, Qvardiola “Real”ın müdafiəçisi Rafael Varanı prioritet hədəf seçib.

 

Məlumata görə, o, 21 yaşlı futbolçunun meneceri Jorje Mendeşlə dekabrın ilk günlərində əlaqə saxlayıb. Qvardiola fransızın agentiylə onun mümkün transferiylə bağlı müzakirə aparıb.

 

Cari mövsümdə Varan Madrid klubunun heyətində 8 oyunda iştirak edib. O, cəmi 4 dəfə start heyətində meydana çıxıb.


Digər xəbərlər

Xəbər xətti