Toplanış üçün dünən Türkiyəyə yollanan "Qarabağ" artıq məşqlərə başlayıb.
Sportarena.az xəbər verir ki, 21 gün təlim-məşq toplanışı keçəcək Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ilk olaraq məşqə gənc yetirmələri ilə başlayıb.
Qeyd edək ki, fevralın 1-də Bakıya qayıdacaq Qurban Qurbanovun komandası Antalyada 6 yoxlama matçında qüvvəsini sınayacaq.