Yığmamız beynəlxalq turnirdə 5-ci oldu

20:00 11 Yanvar 2015

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirə yekun vurulub. 

 

Sportarena.az xəbər verir ki, 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçına çıxıb.

 

Beşinci yer uğrunda mübarizə aparan Nikolay Adamın komandası Belarus millisi ilə qarşılaşıb. Görüşün əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında isə komandamız 6:5 hesabı ilə qalib gələrək turniri 5-ci pillədə bşa vurub.

 

AZƏRBAYCAN - Belarus 1:1 (penaltilər - 5:4)

Qollar: Ruslan Sadiqov, 22-pen -  Roman Kazençuk,


Digər xəbərlər

Xəbər xətti