"Maraqlı oyun alındı. Hər iki komanda hücum futbolu sərgiləyirdi”.
Sportarena.az xəbər verir ki, bu sözləri U-19 millimizlə oyundan Belarusun baş məşqçisi Aleksey Verqeenko deyib.
O, komandasında psixoloji problemlərin olduğunu qeyd edib: “Son oyunda Rusiyaya böyükhesabla uduzmuşduq. Buna görə də psixoloji cəhətdən komandada vəziyyət yaxşı deyildi. Bacardığımız qədər futbolçuları oyuna kökləməyə çalışdıq. Penatilər seriyası öncəsi qapıçı dəyişikliyi etməyim psixoloji amillə bağlı idi”.(futbolxeber.az)