Əfqanıstan millisinin baş məşqçisi Mohammed Karqar ölümdən dönüb.
Sportarena.az xəbər verir ki, mütəxəssis naməlum şəxslərin hücumuna məruz qalıb. Nəticədə çoxsaylı bıçaq xəsarətləri alan çalışdırıcı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Baş və mədə nahiyyəsindən bıçaqlanan Karqar Kabul xəstəxanalarından birində müalicə olunur. Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.