“Qarabağ”la yollarını ayıran isveçrəli hücumçu İnnosent Emeqara karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Hamburq” klubu yaxından maraqlanır.
Belə ki, o, klubunun Dubaydakı təlim-məşq toplanışına təvət olunub. Burada baxışda olan Emeqara özünü yaxşı tərəfdən göstərə bilsə, komandada qalacaq.
Qeyd edək ki, İsveçrə millisinin sabiq forvardı ötən ilin oktyabrında “Qarabağ”a keçmişdi. Lakin oyunçu ailəsindən uzaq qalmamaq üçün Ağdam klubundan ayrılaraq, ölkəsinə getmişdi.