Amitsiz "Atletiko" sülhə razılaşdı

18:05 12 Yanvar 2015

Portuqaliya ikinci liqasında 22-ci turun oyunları keçirilib. 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası "Atletiko" da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə "Aves"lə qarşılaşıb. Oyun 1:1 hesabıyla başa çatıb. Quluzadənin adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, "Atletiko" hazırda 23 xalla 20-ci yerdə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti